Lvova raket hücumu: ölənlərin sayı üçü uşaq olmaqla yeddi nəfərə çatıb

Lvova raket hücumu: ölənlərin sayı üçü uşaq olmaqla yeddi nəfərə çatıb backend

Lvovda bu gün gecə baş verən atışma nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb. Axtarış-xilasetmə əməliyyatı davam edir.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Daxili İşlər Nazirliyinin (MVD) rəhbəri İqor Klimenkonun Telegram kanalına istinadən məlumat yayıb.

Klimenkonun sözlərinə görə, xilasedicilər daha iki nəfərin cəsədini dağıntılar altından çıxarıblar.

Saat 9:09-a olan məlumata görə, Lvovda üçü uşaq olmaqla yeddi nəfər həlak olub.

Bundan əvvəl Daxili İşlər Nazirliyinin rəisi atəş nəticəsində 40-a yaxın insanın yaralandığını bildirmişdi. 50 mənzil və fərdi yaşayış binasına ziyan dəyib.

Ukrayna Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları 12 nəfəri xilas ediblər.

QAZİLER.AZ

Diaspora