Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Dmitri Kuleba istefa ərizəsi ilə Ali Radaya müraciət edib. Ərizəyə növbəti plenar iclaslardan birində baxılacaq.
Bu barədə RBC-Ukrayna Ukrayna Ali Radasının rəhbəri Ruslan Stefançukun Facebook səhifəsinə istinadən məlumat yayıb.
“Ukrayna Ali Radası Ukraynanın Xarici İşlər Naziri Dmitri İvanoviç Kulebadan istefa ərizəsi alıb”, – Stefançuk yazır.
Ali Radanın rəhbəri əlavə edib ki, ərizəyə növbəti plenar iclasların birində baxılacaq.
QAZİLER.AZ