Rusiyanın Lvov atəşi nəticəsində ölən və yaralananların sayı artıb. Bir qədər bir yeniyetmə qızın dünyasını dəyişdiyi bildirilmişdi.
Qaziler.az bildirir ki, bu barədə Lvov hərbi administrasiyasının rəhbəri Maksim Kozitski və Lvov meri Andrey Sadovoy Teleqramda məlumat verib.
"Təəssüf ki, Lvovda gecə hücumu nəticəsində daha bir nəfər də ölüb. Ölənlərin sayı 3-ə çatıb" - Lvov administrasiyasının rəhbəri Maksim Kozitski deyib.
Lvovda saat 8:00-a olan məlumata görə, artıq 35-dən çox insana tibbi yardım göstərilir.
"Onlardan bir neçəsinin o cümlədən beş uşağın vəziyyəti ağırdır", - şəhər meri Andrey Sadovoy bildirib.
QAZİLER.AZ