Rusiyalı general-mayor rüşvətə görə həbs edilib

Rusiyalı general-mayor rüşvətə görə həbs edilib backend

Çərşənbə axşamı, sentyabrın 3-də hərbi məhkəmə Leninqrad Hərbi Dairəsi komandirinin müavini, general-mayor Valeri Mümincanovu xüsusilə külli miqdarda rüşvət almaq işi üzrə iki ay müddətinə həbs edib.

Qaziler.az-ın məlumatına görə, “İzvestiya”nın müxbiri məhkəmə zalından xəbər verir ki, proses qapalı keçirilib.

M.Mümincanov cinayəti törətməkdə təqsirli olduğunu etiraf etməyib.

Rusiya İstintaq Komitəsi bir gün əvvəl M.Mümincanova qarşı rüşvət alma maddəsi ilə cinayət işi açıb.

QAZİLER.AZ

Diaspora