350 miqrantı öz mənzilinə qeydiyyata salan rusiyalı qadın saxlanılıb

350 miqrantı öz mənzilinə qeydiyyata salan rusiyalı qadın saxlanılıb backend

Rusiyanın Sankt-Peterburq şəhərində yerli sakin öz mənzilinə 350 miqrantı qeydiyyata saldığı üçün saxlanılıb.

Qaziler.az bildirir ki, bu barədə “78.ru” Rusiyanın şəhər və Leninqrad vilayəti üzrə İstintaq Komitəsinə (İK) istinadən xəbər verir.

2021-2024-cü illər arasında qadın 350-dən çox xarici vətəndaşı qeydiyyata saldırıb. Qeyd olunur ki, bu ünvan həmin şəxslər üçün faktiki ünvan olmayıb - onlar orada yaşamağı planlaşdırmayıblar. hüquq mühafizə orqanı əməkdaşları mənzildə axtarış aparıb və miqrantların qeydiyyat üçün zəruri olan sənədlərinin surətləri, habelə dövlət rüsumunun ödənilməsi barədə qəbzlər aşkar ediblər.

Həbs zamanı mənzil sahibi etiraf edib ki, insanları pulla qeydiyyata saldırıb. 

Sənədlərdə görünən xarici ölkə vətəndaşları məsuliyyətə cəlb edilib.

QAZİLER.AZ

Diaspora