Ömer Çelik: Rəsmi Ankara BRİCS-ə üzvlükdə maraqlıdır

Ömer Çelik: Rəsmi Ankara BRİCS-ə üzvlükdə maraqlıdır backend

Rəsmi Ankara BRİCS-ə üzvlükdə maraqlıdır.

"Report" xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu barədə mövqeyini dəfələrlə bildirib: "Bununla belə, hələ ki konkret nəticə yoxdur".

Qeyd edək ki, bu, Türkiyənin BRICS-ə üzvlük müraciəti ilə bağlı ilk rəsmi açıqlama sayılır. Daha əvvəl Türkiyənin BRICS-ə üzvlüyü ilə bağlı müraciət etdiyi barədə məlumat yayılmışdı.

Diaspora