Məsud Pezeşkian prezident kimi ilk səfərini edib

Məsud Pezeşkian prezident kimi ilk səfərini edib backend

Məsud Pezeşkian İran Prezidenti kimi ilk səfərini Məşhəd şəhərinə edib.

“Report” xəbər verir ki, bu barədə "Mehr" xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, səfərdə onu strateji məsələlər üzrə vitse-prezident Məhəmmədcavad Zərif və xarici işlər naziri Abbas Əraqçi müşayiət edir.

Qeyd olunub ki, M.Pezeşkianın səfəri İmam Rzanın vəfatı ərəfəsinə təsadüf edir. O, Məşhəd səfəri zamanı İmam Rza əzadarlarının toplantısında iştirak edəcək, iqtisadi fəallarla görüş keçirəcək.

Diaspora