Rumıniya parlamentinin yuxarı palatası (Senat) sentyabrın 2-də “Patriot” zenit-raket kompleksinin Ukraynaya verilməsinə dair hökumət qanun layihəsini təsdiqləyib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna xəbər verir.
Məlumata görə, rumıniyalı senatorlardan 101-i “Patriot”un Ukraynaya verilməsi ilə bağlı hökumət qanun layihəsinin lehinə, 13-ü əleyhinə, daha ikisi isə bitərəf qalıb.
Rumıniya Senatının Müdafiə Komitəsinin rəhbəri Nikoleta Paulyuk ümid etdiyini bildirib ki, bu həftənin sonuna kimi qanun layihəsi son söz sahibi olan aşağı palatadan - Deputatlar Palatasından da keçəcək.
O, həmçinin qeyd edib ki, Patriotun Ukraynaya təhvil verilməsi “Rumıniyanın müdafiəsiz qalacağı anlamına gəlmir”. Axı Buxarestdə daha yeddi belə kompleks var, onlardan ikisi artıq istismardadır, daha ikisi istifadəyə verilib, daha üçü isə tezliklə gələcək.
QAZİLER.AZ