Rusiyanın xalq artisti, opera müğənnisi Yuri Batsazov Şimali Osetiyada vəfat edib.
Qaziler.az bildirir ki, bu barədə sentyabrın 2-də respublikanın rəhbəri Sergey Menyailo məlumat verib.
Şimali Osetiya rəhbəri də sənətçinin ailəsinə və yaxınlarına başsağlığı verib.
“Yuri Azmadiyeviç bütün həyatını milli musiqi sənətinə fədakar xidmətə həsr edib. O, tamaşaçılar tərəfindən səmimi qəlbdən sevilib, həmkarları tərəfindən yüksək qiymətləndirilib. Yuri Batsazovun yaradıcılıq irsi heç vaxt unudulmayacaq!” – o, Telegram kanalında yazıb.
Batsazov 1941-ci il yanvarın 18-də Şimali Osetiyanın Zamankul kəndində anadan olub. O, Vladiqafqazda Orconikidze adına Musiqi Məktəbində, Moskvada Çaykovski adına Konservatoriyada, eləcə də Saratov Dövlət Konservatoriyasında təhsil alıb, Şimali Osetiya Dövlət Opera və Balet Teatrının solisti olub.
QAZİLER,AZ