Belarus prezidenti Aleksandr Lukaşenkonun cib telefonu yoxdur və olmayıb.
Qaziler.az BELTA-ya istinadən xəbər verir ki, bunu dövlət başçısı Vitebsk vilayətinin ali təhsil müəssisələrinin tələbələri ilə görüşündə deyib.
“Mənim mobil telefonum varmı - yox və heç vaxt da olmayıb. Bu, bir çox səbəblərə görədir. Əvvəla, buna ehtiyacım yoxdur. Danışmaq üçün və mən çox nadir hallarda mobil telefonla danışıram, mühafizə xidmətim var. Onun hökumət rabitəsi və bütün telefonları var”, - Belarus lideri etiraf edib.
Lukaşenko mobil telefonun olmamasının ikinci səbəbi kimi təhlükəsizliyi göstərib.
Belarus prezidenti respublika ətrafında gedən “dəhşətli proseslərdən” də danışıb. Onun sözlərinə görə, Minskin problemlərindən biri Ukraynadakı münaqişədir. Lukaşenko eyni zamanda bildirib ki, dünyada liderlik və ən son texnologiyalara sahib olmaq uğrunda mübarizə gedir.
QAZİLER.AZ