Türkiyənin Kayseri şəhərində süngər fabrikində baş verən yanğın yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə söndürülüb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Kayseri Mütəşəkkil Sənaye Bölgəsində 11-ci küçədə yerləşən süngər fabrikində naməlum səbəbdən yanğın baş verib.
Yanğını görən əməkdaşlar vəziyyəti 112 Təcili Zəng Mərkəzinə məlumat veriblər.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, tibb və polis qrupları göndərilib.
Qısa müddətdə böyüyən yanğınla əlaqədar işçilər təxliyə edilib.
Yanğın qrupların 1 saatlıq işindən sonra söndürülüb.
Qruplar zədələnmiş fabrikdə soyutma işləri də həyata keçirib.
QAZİLER.AZ