Sentyabrın 1-də axşam düşmənin Sumı atəşinə tutmasından sonra xilasedicilər Rusiyanın raket hücumunun nəticələrini aradan qaldırmağa davam ediblər. Xəsarət alanların sayı artıb.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.
İlkin məlumata görə, 6-sı uşaq olmaqla 18 nəfərin xəsarət aldığı məlumdur.
Xatırladaq ki, Rusiyanın hücumu uşaqların sosial-psixoloji reabilitasiyası mərkəzinin yerləşdiyi binalara, eləcə də uşaq evinə ziyan vurub. Bundan başqa, daha 6 çoxmənzilli yaşayış binasına ziyan dəyib.
Xilasedicilərin hücumun nəticələrini operativ şəkildə aradan qaldırdığı bildirilir.
QAZİLER.AZ