İzmirdə keçirilən İŞİD əməliyyatında 7 nəfər saxlanılıb

İzmirdə keçirilən İŞİD əməliyyatında 7 nəfər saxlanılıb backend

Türkiyənin İzmir şəhərində terror təşkilatı İŞİD-a qarşı keçirilən əməliyyatda 7 şübhəli saxlanılıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, İzmir Respublika Baş Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan araşdırmalar çərçivəsində keçmişdə İŞİD terror təşkilatı adından münaqişə bölgələrində fəaliyyət göstərən  şübhəlilərə  qarşı qeydlər keçirilib.

Bu çərçivədə eyni vaxtda həyata keçirilən əməliyyatda Suriya vətəndaşı olan 8 şübhəlidən 7-si yaxalanıb, 1 şübhəlinin tutulması istiqamətində işlər davam etdirilir.

Digər tərəfdən, şübhəlilərlə eyni iqamətgahda yaşayan 12 nəfərin deportasiya edilməsi üçün əməliyyat başlanılıb.

QAZİLER.AZ

Diaspora