Rusiya Sumıda müəssisəyə hava zərbəsi endirib: 9 yaralı

Rusiya Sumıda müəssisəyə hava zərbəsi endirib: 9 yaralı backend

Rusiya hərbçiləri avqustun 30-a keçən gecə Sumıda müəssisəyə hava zərbəsi endiriblər. Doqquz nəfər yaralanıb.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Sumı vilayətinin prokurorluğuna istinadən xəbər verir.

İstintaqın məlumatına görə, avqustun 30-da saat 01:30 radələrində işğalçılar beynəlxalq hüququn qadağan etdiyi döyüş üsullarından istifadə etməklə Sumı şəhərindəki müəssisəyə hava zərbəsi endiriblər.

“İşğalçıların hücumu nəticəsində, ilkin məlumatlara görə, 9 nəfər xəsarət alıb”, - deyə məlumatda bildirilir.

QAZİLER.AZ

Diaspora