Türkiyənin 23 vilayətində "GÜRZ-10" əməliyyatı - 119 nəfər tutuldu

Türkiyənin 23 vilayətində "GÜRZ-10" əməliyyatı - 119 nəfər tutuldu backend

Türkiyənin 23 vilayətində İŞİD terror təşkilatına qarşı son 5 gündür davam edən “GÜRZ-10” əməliyyatlarında 119 şübhəli tutulub.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Türkiyə daxili işlər naziri Ali Yerlikaya sosial media hesabından verdiyi açıqlamada 5 gün ərzində Ankara və İstanbul da daxil olmaqla 23 vilayətdə “Gürz-10” əməliyyatlarının keçirildiyini açıqlayıb.

Təhlükəsizlik Kəşfiyyat Baş İdarəsi və Terrorla Mübarizə Şöbəsinin koordinasiyasında il polis müdirlikləri tərəfindən həyata keçirilən əməliyyatlarda 119 şübhəlinin tutulduğunu ifadə edən Yerlikaya, əməliyyatlarda iştirak edən polisləri təbrik edib.

 “Mən Əziz millətimizin bilməsini istəyirəm ki, son terrorçu zərərsizləşdirilənə qədər sizin dualarınız və dəstəyinizlə işimizə davam edəcəyik”, - nazir bildirib.

QAZİLER.AZ

Diaspora