Türkiyə liqasında oynayan voleybolçu evində ölü tapılıb

Türkiyə liqasında oynayan voleybolçu evində ölü tapılıb backend

Türkiyə Liqasında mübarizə aparan "Nilüfer Belediyespor"un qadınlardan ibarət voleybol komandasının Puerto Rikolu oyunçusu Pilar Marie Viktoria Lopez evində ölü tapılıb.

APA xəbər verir ki, Lopezin yuxusuzluq problemi üçün dərman qəbul etdiyi məlum olub.

 

Türkiyə Liqasında mübarizə aparan və 3 həftə bundan əvvəl “Nilüfer Belediyespor” Qadın Voleybol Komandasına transfer olunan 28 yaşlı Lopez bugünkü məşqdə iştirak etməyib.

Lopezlə telefonla əlaqə saxlamaq mümkün olmadığı üçün klub rəsmiləri onun evinə gediblər. Qapını qıraraq evə daxil olan rəsmilər Lopezi yataq otağında hərəkətsiz vəziyyətdə tapıblar.

Dərhal hadisə yerinə polis və təcili tibbi yardım qrupları çağırılıb. Hadisə ilə bağlı istintaq davam edir.

Diaspora