Ukraynanın bu yaxınlarda müttəfiqlərindən aldığı F-16 qırıcılarından birinin qəzaya uğradığı iddia edilir.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna "The Wall Street Journal"a istinadən xəbər verir.
Adı açıqlanmayan amerikalı rəsminin nəşrə verdiyi məlumata görə, qırıcı ruslar tərəfindən vurulmayıb. Bu, Ukraynaya kütləvi raket hücumu zamanı baş verib.
Jurnalistlər aydınlaşdırırlar ki, təyyarənin qəzaya uğramasına səbəb, ehtimal ki, pilot xətası olub.
WSJ-nin məlumatına görə, Pentaqon bu cür şayiələrə münasibət bildirmək üçün Ukrayna Hərbi Hava Qüvvələrinə sorğu göndərib.
Nəşr həmçinin həmsöhbətlərə istinadən yazır ki, Ukrayna tədarüklərin birinci partiyası çərçivəsində ümumilikdə altı F-16 qırıcısı alıb.
RBC-Ukrayna şərh üçün Hərbi Hava Qüvvələrinə müraciət edib, lakin onlar bu məlumatı nə təsdiq, nə də təkzib edə bilməyiblər.
QAZİLER.AZ