Ədirnədə 3-ü FETÖ üzvü olan 12 nəfər Yunanıstana qaçmaq istəyərkən yaxalanıb.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Türkiyədən Yunanıstana qeyri-qanuni yollarla keçməyə cəhd edən 12 şübhəli Ədirnədə növbətçi sərhəd qoşunları tərəfindən yaxalanıb.
"Araşdırmalar nəticəsində şübhəlilərdən 3-nün FETÖ terror təşkilatının üzvü olduğu müəyyən edilib", - məlumatda deyilir.
QAZİLER.AZ