Avqustun 28-də Rusiyanın hücumundan sonra Krivoy Roqda yaralananların sayı 8 nəfərə çatıb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Dnepropetrovsk vilayət administrasiyasının rəhbəri Sergey Lısakın Teleqramına istinadən məlumat yayıb.
“Zərərçəkənlər arasında 64 və 29 yaşlı iki kişi də var, onların vəziyyəti orta ağırdır. Ambulator kimi müalicə olunacaq 18 yaşlı oğlan da yaralananlar arasındadır”, - Lısak bildirib.
Onun sözlərinə görə, şəhərdə qaraj kooperativinə və 12 avtomobilə ziyan dəyib, bir otelin də şüşələri sındırılıb.
“Bütün xidmətlər yerində işləyir”, - administrasiya rəhbəri bildirib.
QAZİLER.AZ