Rusiyada Mərkəzi Asiyadan olan əmək miqrantlarını onlar əvəz edəcək

Rusiyada Mərkəzi Asiyadan olan əmək miqrantlarını onlar əvəz edəcək backend

 Mərkəzi Asiyadan olan əmək miqrantlarına münasibətin sərtləşməsini nəzərə alaraq, Rusiyaya Hindistan və Şimali Koreyadan işçilər gətirilməsi istisna edilmir.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bunu Rusiya Federasiyası Hökuməti yanında Sosial-İqtisadi Tədqiqatlar İnstitutunun direktoru Aleksey Zubets deyib. 

Onun sözlərinə görə, işə qəbul agentliklərinin nümayəndələri Hindistandan texnoloji cəhətdən mürəkkəb sənaye sahələrində istifadə oluna bilən bir neçə min ixtisaslı işçinin Rusiyaya gətirilməsində böyük problem görmürlər. "Bunu Mərkəzi Asiyadan gələn miqrantlar haqqında həmişə demək olmaz".

Eyni zamanda o, Rusiyada miqrasiya məsələsinin sosial gərginlik yaratdığını vurğulayıb. "Yerli əhali yerli vətəndaşların işdən qovulmasından qıcıqlanır və miqrantların özləri də çox vaxt Rusiya cəmiyyətinə inteqrasiya etməyə çalışmırlar", - deyə o, vurğulayıb.

QAZİLER.AZ

Diaspora