Kursk AES-də səfərdə olan Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi Ukraynanın stansiyaya hücumlarının nəticələri ilə tanış olub.
Qaziler.az bildirir ki, bu barədə "izvestiya" yazıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov avqustun 28-də keçirdiyi brifinqdə bununla bağlı sualları cavablandırıb. Mətbuat katibi deyib ki, Kiyevin nüvə təhlükəsinin artmasında günahı göz qabağındadır, baxmayaraq ki, MAQATE “məlum səbəblərə görə” bunu rəsmən təyin edə bilmir.
“Nüvə təhlükəsinin artmasında Ukrayna tərəfinin günahı açıq-aşkardır”, - Peskov bildirib.
QAZİLER.AZ