Türkiyənin Samsun bölgəsində Kavak rayonunda ana və bacısının həyatını itirdiyi yol qəzasında ağır yaralanan, müalicə aldığı xəstəxanada beyin ölümü keçirən 18 yaşlı Esmanur Arslanın orqanları 5 xəstəyə köçürüləcək.
Qaziler.az bildirir ki, Avqustun 25-i bazar günü ailəsi ilə birlikdə Çorumdan Samsuna gələrkən anası və bacısını Kavak rayonunda yol qəzasında itirən Esmanur Arslanın müalicə olunduğu Samsun Təhsil və Araşdırma Xəstəxanasında dünən beyin ölümü baş verib.
Xəstəxananın Orqan Toxuması Koordinasiya qrupu ilə əlaqə saxlayan ailə gənc qızın orqanlarını bağışlamağa qərar verib.
Ailənin müsbət cavabından sonra lazımi orqanlara məlumat verilib və gənc qızın orqanlarının alınması üçün tədbir görülüb. Orqanları çıxarılan Arslanın sol böyrəyi Ərzuruma, sağ böyrəyi Ankaraya, qaraciyəri və iki gözünün buynuz qişası isə Samsun Ondokuz May Universiteti Sağlamlıq Tətbiq və Araşdırma Mərkəzinə göndərilib.
QAZİLER.AZ