Türkiyə kəşfiyyatçıları İraqda PKK-nın "rəhbər" şəxsini öldürüb

Türkiyə kəşfiyyatçıları İraqda PKK-nın "rəhbər" şəxsini öldürüb backend

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın Süleymaniye bölgəsində yeni əməliyyat keçirib.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində PKK/KCK terror qruplaşmasının "rəhbər"lərindən olan Gülistan Tekik öldürülüb.

Məlumata görə, adıçəkilən terrorçu PKK-nın təbliğat və dezinformasiya işləri ilə məşğul olurmuş. Həmçinin, o, PKK-nın ideologiyasını yayırmış.

Diaspora