FETÖ-yə qarşı mərkəzi İzmirdə olan 6 vilayətdə keçirilən əməliyyatda 8 şübhəli saxlanılıb.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat verib.
İzmir Respublika Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu tərəfindən FETÖ-yə qarşı aparılan araşdırmalar çərçivəsində təşkilatın gizli hərbi strukturunda fəaliyyət göstərdiyi hesab edilən 8 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.
İzmir, İstanbul, Hatay, Mersin, Kayseri və Trabzonda müəyyən edilmiş ünvanlarda eyni vaxtda həyata keçirilən əməliyyatda 8 şübhəli tutulub.
QAZİLER.AZ