Krımda sosial şəbəkələrdə rusları öldürməyə çağırış edən şəxs saxlanılıb - VİDEO

Krımda sosial şəbəkələrdə rusları öldürməyə çağırış edən şəxs saxlanılıb - VİDEO backend

Krımda hüquq-mühafizə orqanlarının əməkdaşları internetdə rusları qətlə yetirməyə çağıran şəxsi saxlayıblar.

Qaziler.az bildirir ki, bu barədə avqustun 28-də Krım və Sevastopol şəhəri üzrə Federal Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Saxlanılan şəxs Feodosiya sakinidir. Həmçinin 37 yaşlı şəxsin xaricdə yaşayan rusların milli mənsubiyyətinə görə zülmə məruz qalmasını açıq şəkildə dəstəklədiyi də bildirilib.

O, rusofob yazıların dərc olunduğu Telegram messencerində Ukrayna çatlarının fəal iştirakçısı olub. FTX qeyd edib ki, təxəllüs altında hesabdan istifadə onun qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmasına kömək etməyib.

QAZİLER.AZ

 

Diaspora