Ermənistan parlamentində törədilən terror aktının daha bir iştirakçısı ölüb

Ermənistan parlamentində törədilən terror aktının daha bir iştirakçısı ölüb backend

Ermənistan parlamentində 1999-cu ildə törədilən terror aktının iştirakçısı ölüb.

Apa “Sputnik Armenia”ya istinadən xəbər verir ki, ömürlük həbs cəzasına məhkum edilmiş Aşot Knyazyan (1959-cu il) “Nubaraşen” həbsxanasında keçinib.

Onun vəziyyəti kəskin pisləşib və həkimlər onu xilas edə bilməyiblər.

Knyazyan 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində terror aktının təşkilində ittiham olunaraq cəza çəkirdi. Mətbuatın yazdığına görə, o, dəfələrlə əfv istəyib, amma hər dəfə rədd cavabı alıb.

Xatırladaq ki, parlamentdə törədilən terror aktı ilə bağlı 8 nəfər həbs edilib. Ötən illər ərzində onlardan 5-i həbsdə dünyasını dəyişib. Hazırda qrupun lideri Nairi Unanyan da daxil olmaqla üç nəfər hələ də həbs cəzası çəkir.

Diaspora