Tatarıstanda məktəbli qız şaurma yedikdən sonra ölüb.
Qaziler.az bildirir ki, bu barədə çərşənbə axşamı, avqustun 27-də ölən qızın atası Aleksey “İzvestiya”ya məlumat verib.
Söhbətdə həmin şəxs uşağın avqustun 22-nə keçən gecə xəstələndiyini qeyd edib. Belə ki, Tetyuşi şəhərində valideynlər övladı üçün şaurma alıblar.
"Biz şaurma aldıq, ondan başqa heç nə yemədik", - deyib.
Alekseyin sözlərinə görə, onu yedikdən sonra qızı qusmağa başlayıb və qarın ağrısından şikayətlənib. Valideynləri ona dərman verdikdən sonra uşağın vəziyyəti yaxşılaşsa da, səhəri gün yenidən halı pisləşib.
Uşaq xəstəxanaya yerləşdirilib, beş gün xəstəxanada qalıb və orada ölüb. Övladını itirən ata qızının ölümünün səbəbləri ilə bağlı avqustun 28-də həkimlərdən rəy alacağını deyib.
Uşağın atası onu da əlavə edib ki, qızı əvvəllər qarın ağrısından şikayət etməyib və zəhərlənməyib.
QAZİLER.AZ