Rusiya Federasiyasının xalq artisti, 88 yaşlı aktrisa Svetlana Drujinina Moskvadakı tibb müəssisələrindən birinə yerləşdirilib.
Qaziler.az bildirir ki, bu barədə avqustun 27-də “İzvestiya”ya vəziyyətlə tanış olan mənbə məlumat verib.
“Xalq artisti avqustun 26-da axşam saatlarında evdən xəstəxanaya aparılıb”, - deyə o, məlumat verib.
Tələb olunan tibbi yardımın nədən ibarət olduğu hələlik məlum deyil.
Svetlana Drujinina sovet və rus aktrisası, kinorejissoru, ssenaristi və prodüseridir. O, daha çox “Qızlar” filmindəki Anfisa rolu və macəra filmlərinin rejissoru və ssenaristi kimi tanınır.
QAZİLER.AZ