Yunanıstanda bu il yanğınların sayı 50 faiz artıb

Yunanıstanda bu il yanğınların sayı 50 faiz artıb backend

Yunanıstanda 2024-cü ildə yanğınların sayının ötən illə müqayisədə 50 faiz artdığı açıqlanıb.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber yazır.

Yunanıstanın İqlim Böhranı və Mülki Müdafiə naziri Vasilis Kikilias qatıldığı radio proqramında ölkədəki yanğınlarla bağlı açıqlamalar verib.

2024-cü ildə ölkə daxilində yanğınların sayının keçən ilə nisbətən yüzdə 50 artdığını ifadə edən Kikilias, yanğın qruplarının ilin əvvəlindən bu yana 4 min yanğınla mübarizə apardığını söylədi.

Yanğınların sayının artmasının birbaşa iqlim dəyişikliyinin nəticəsi olduğunu deyən Kikilias, yanğınlarla daha tez və effektiv mübarizə aparmaq üçün mühüm islahatların aparıldığını açıqlayıb.

Xatırladaq ki, Yunanıstanda avqustun 11-də Afina yaxınlığındakı Varnavasda başlayan və ilin ən böyük fəlakəti sayılan yanğında 1 nəfər ölüb, 146 ev yararsız hala düşüb.

QAZİLER.AZ

Diaspora