Ötən il Tehranda küçənin ortasında qətlə yetirilən gənc oğlanın öldürülməsi ilə bağlı işin istintaqı yekunlaşıb.
Bu barədə Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
Məlumata görə, Tehranda çayxana sahibi Əli adlı şəxs ilan ovçusu olan qatil tərəfindən pul müqabilində öldürülüb.
Paylaşılan videogörüntüdə isə təqsirkarın gəncin bədəninə ilan zəhəri vuraraq həyatına son qoyduğu sübut edilib.
İstintaqın nəticələrinə görə, öldürülən Əlinin əmisi ilə arasında 40 milyard tümən (950 min dollar) məbləğində pul mübahisəsi olub və onu öldürmək planını da elə gəncin əmisi qurub. Cinayətkar isə məhkəmədə etiraf edib ki, qurbanın əmisi onu ilan zəhəri ilə öldürməsini istəyib.