Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində keçirdiyi əməliyyat Moskvanın Ukraynada 30 minə yaxın hərbi qulluqçunu cəbhədən çıxararaq bu istiqamətə yönəltməsinə səbəb oldu.
Qaziler.az RBC-Ukrayna-ya istinadən bildirir ki, bu barədə “Ukrayna 2024. Müstəqillik” Forumu zamanı verdiyi bəyanatda Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski deyib.
Onun sözlərinə görə, düşmən digər istiqamətlərdə bölmələri çıxarmağa çalışsa da, Pokrovski istiqamətində, əksinə, səylərini artırır. "Əsgərlərimiz mülki əhalinin təhlükəsizliyi üçün hər şeyi edir, sərt döyüşlər hər gün davam edir, bu, bizim xüsusi diqqət etdiyimiz sahədir", - Sirski bildirib.
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı bildirib ki, Kursk istiqamətində hücum əməliyyatının məqsədlərindən biri məhz düşmənin əhəmiyyətli qüvvələrini başqa istiqamətlərdən yayındırmaq olub. "Bu, ilk növbədə, Pokrovski və Kuraxovski istiqamətlərinə aiddir, əlbəttə ki, düşmən bunu başa düşür, ona görə də əsas səylərini Pokrovski istiqamətində cəmləşdirir" deyib.
QAZİLER.AZ