Rusiyanın Yekaterinburq şəhərinin 8 Mart küçəsində sərnişin avtobusunun iştirakı ilə baş verən qəza nəticəsində 6 nəfər xəsarət alıb.
Qaziler.az bildirir ki, bu barədə avqustun 27-də Sverdlovsk vilayətinin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“İlkin məlumata görə, qəzanın altı iştirakçısının tibbi yardıma ehtiyacı olub. 03 xidmətinin əməkdaşları tərəfindən bir nəfərə hadisə yerində köməklik göstərilib, o, xəstəxanaya yerləşdirilməkdən imtina edib. Daha beş Sverdlovsk sakini Yekaterinburqdakı tibb müəssisələrinə çatdırılıb”, - deyə idarənin Teleqram kanalında bildirilir.
Sonradan dəqiqləşdiriblər ki, xəstəxanaya yerləşdirilənlərin hamısının vəziyyəti orta ağırdır. Zərərçəkənlərə sümükləri sınığı, kəllə-beyin xəsarətləri diaqnozu qoyulub. Onlara lazımi yardım göstərilir.
Rayon Dövlət Yol Müfəttişliyinin Telegram kanalında verilən məlumata görə, qəzaya səbəb “PAZ” markalı avtobusun sürücüsünün marşrut xətti ilə hərəkətdə olarkən diqqətinin yayılması nəticəsində ağaca çırpılması olub. Bu zaman salonda yeddi sərnişin olub.
Polis əməkdaşları qəzanın baş vermə şəraitini yoxlayacaqlar.
QAZİLER.AZ