İstanbulda polisdən qaçan yük maşını qəza törətdi: 5 yaralı

İstanbulda polisdən qaçan yük maşını qəza törətdi: 5 yaralı backend

İstanbul Küçükçekmece D-100 avtomobil yolunun Ədirnə istiqamətində 3 avtomobilin iştirakı ilə baş verən yol qəzasında 1-i ağır 5 nəfər yaralanıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Gaziosmanpaşada polis qruplarının dayan xəbərdarlığına tabe olmayan yük maşını qaçmağa çalışarkən qəza törədib.

Küçükçekmece D-100 şosesi ilə Ədirnə istiqamətində hərəkət edən pikap eyni istiqamətdə hərəkət edən minik avtomobili və mikroavtobusla toqquşub.

Qəza nəticəsində pikapın sürücüsü avtomobilin içində sıxılmış vəziyyətdə qalarkən, qəza nəticəsində 1-i ağır olmaqla 5 nəfər yaralanıb.

QAZİLER.AZ

 

Diaspora