İranın İraqdakı səfiri Məhəmməd-Kazım Ale-Sadiq Türkiyənin bu ölkəyə yeni təyin olunmuş səfiri Anıl Bora İnan ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.
Qeyd olunub ki, diplomatlar Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Onlar, həmçinin Suriyadakı durum barədə danışıblar.
İran nümayəndəsi bildirib ki, regionda sülh və sabitliyin qorunması rəsmi Tehranın prioritetidir.