Krımda yanğının sahəsi 150 hektara çatıb

Krımda yanğının sahəsi 150 hektara çatıb backend

Krımda Feodosiya və Orconikidze kəndi yaxınlığında baş verən yanğının sahəsi 150 hektara çatıb.

Qaziler.az bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Krım Respublikası üzrə Baş İdarəsi məlumat yayıb.

“Hazırda yanğın sahəsi 150 hektardır. “Yanğının söndürülməsinə 470 nəfər və 100-dən çox texnika cəlb olunub”, - deyə idarədən bildirilib.

Qeyd olunur ki, yanğının söndürülməsi güclü külək və isti, quraq hava şəraiti ilə çətinləşir.

 Yanğın Təpə-Oba dağında baş verib.

QAZİLER.AZ

Diaspora