Avqustun 26-da Rusiyanın Ukraynaya kütləvi hücumu nəticəsində 7 nəfər həlak olub, daha 47 nəfər yaralanıb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, bu gün səhər saatlarında Rusiyanın kütləvi zərbəsindən sonra Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri bütün məntəqələrdə işləri başa çatdırıb.
Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, ümumilikdə, Ukraynada hücum nəticəsində 7 nəfər həlak olub (onlardan ikisi xəstəxanada ölüb), 47 nəfər yaralanıb, onlardan 4-ü uşaqdır.
Həmçinin 22 yanğın söndürülüb, 2 nəfər xilas edilib. 740-a yaxın xilasedici Rusiya hücumunun nəticələrini aradan qaldırıb.
Bu gün səhər saatlarında Rusiya Ukraynaya genişmiqyaslı hava hücumu həyata keçirib. Rusiya hücumda müxtəlif tipli 127 raket və yüzdən çox "Şahed" kamikadze pilotsuz uçuş aparatından istifadə edib.
QAZİLER,AZ