Pavel Durov 12 cinayət törətməkdə ittiham olunur.
Apa xəbər verir ki, bu haqda Paris prokurorluğundan bildirilib.
Məlumatda həmçinin ona qarşı cinayət işinin iyulun 8-də açıldığı açıqlanıb.
***
19:56
“Telegram”ın yardıcısı Pavel Durovun Fransada uzadılmış həbs müddəti avqustun 28-də başa çatır.
Apa-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Paris prokurorluğu məlumat yayıb.
“Onun həbsdə saxlama müddəti avqustun 25-də istintaq tərəfindən uzadılıb və mütəşəkkil cinayətlərlə bağlı tətbiq edilən prosedur nəzərə alınmaqla, 96 saata qədər (yəni avqustun 28-dək) davam edə bilər”, - deyə prokurorluğun məlumatında qeyd olunub.