Moskvada avtobus dayanacağında qadını öldürməyə cəhd edən şəxs nəzarətə götürülüb.
Qaziler.az bildirir ki, bu barədə bazar ertəsi, avqustun 26-da paytaxt prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.
44 yaşlı təqsirləndirilən şəxs adam öldürməyə cəhddə ittiham olunur. O, həbs qətimkan tədbirinin seçilməsinə etiraz etməyib”, - idarənin Telegram-kanalında bildirilir.
İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs hadisə baş verən gün avtobus dayanacağında qulaqcığını itirib. Dayanacaqda olan uşaqların onun əşyasını götürməkdə günahlandırıb. Kişi onlarla yüksək səslə danışmağa başlayıb. Buna dayanacaqdakı qadın etirazını bildirib. O, sərxoş vəziyyətdə zərərçəkmişi bıçaqla vurub.
Qeyd olunur ki, cinayət işinin istintaqı paytaxt prokurorluğunun nəzarətindədir.
QAZİLER.AZ