“Axilles” Belqorodda Rusiya "Qrad”ının məhv edilməsinin videosunu yayıb

“Axilles” Belqorodda Rusiya "Qrad”ının məhv edilməsinin videosunu yayıb backend

“Axilles” hücum pilotsuz uçuş aparatları komleksləri briqadası Belqorod vilayətində Rusiyaya məxsus BM-21 “Qrad”ı məhv edib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Silahlı Qüvvələrinin StratCom-a istinadən xəbər verir.

Rusiyanın “Qrad”ının Xarkov vilayətinə zərbə endirdiyi qeyd edilir. Lakin o, ukraynalılar tərəfindən dronla məhv edilib.

Videoda dronun birbaşa düşmən hədəfini vurduğu görünür. Bu əməliyyatı Ataman İvan Sirko adına 92-ci hücum briqadasının əsgərləri keçirib.

Rusiya Ukraynadakı müharibədə BM-21 "Qrad"dan fəal şəkildə istifadə edir.

QAZİLER.AZ

 

 

Diaspora