Türkiyə su altında varlığını GÜCLƏNDİRİR: 2029-cu ilə qədər... - FOTO

Türkiyə su altında varlığını GÜCLƏNDİRİR: 2029-cu ilə qədər... - FOTO backend

Türkiyə Hərbi Dəniz Qüvvələri 2029-cu ilə qədər yeni tipli altı yerli sualtı qayıq almağı planlaşdırır.

QAZÌLER.AZ  Publika.az-a istinaden xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, avqustun 24-də ilk "TCG Piri Rəis" gəmisinin istismara verilməsi mərasimində iştirak edib. Türkiyə liderinin sözlərinə görə, yeni gəmi respublika ordusu üçün həlledici əhəmiyyətə malikdir.

“Bu tip ikinci sualtı qayıq "TCG Hızır Rəis" bu il sınaqdan keçiriləcək və 2025-ci ildə Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcək. Üçüncü qayıq "TCG Murat Reis" 2026-cı ildə xidmətə girəcək. 2029-cu ilə qədər bu tipli altı sualtı qayığın hamısı xidmətə girəcək”, - Türkiyə prezidenti bildirib.

"TCG Piri Rəis" sualtı qayığı Almaniyanın "Type 214" seriyalı sualtı qayığına əsaslanır. Bu xüsusiyyət sayəsində sualtı qayıq səthə çıxmadan uzun müddət su altında xidmət edə bilir.

Bundan əvvəl Türkiyə ordusu “Hisar-O” zenit-raket kompleksi üçün uzun mənzilli raketi sınaqdan keçirib. Hava hücumundan müdafiə sistemi Türkiyənin inkişaf etdirilən “Polad günbəz” hava hücumundan müdafiə sistemində əsas vasitəyə çevrilməlidir.

Diaspora