İranda İŞİD terror qruplaşmasının 14 üzvü saxlanılıb.
"Report" İran KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Kəşfiyyat Nazirliyindən bildirilib.
Qeyd olunub ki, onlar ölkənin Tehran, Əlborz, Fars və Xuzistan əyalətlərində həyata keçirilən əməliyyat nəticəsində saxlanılıblar.
Məlumata görə, İŞİD-çilər terror əməliyyatları keçirmək məqsədi ilə ölkəyə qanunsuz daxil olub.