Xəbər verildiyi kimi, Rusiyanın Volqoqrad vilayətindəki 19 saylı koloniyada məhbuslar cəzaçəkmə müəssisəsinin əməkdaşlarını girov götürüblər. Radikallar koloniyanın rəisini çəkic və butulka ilə döyüblər.
Qaziler.az “Shot Telegram” kanalına istinadən xəbər verir ki, məhbuslar Volqoqrad vilayətinin 19 saylı islah koloniyasının rəisi Andrey Devyatovu çəkic və butulka ilə döyüblər.
Mənbənin sözlərinə görə, ona zərbələr başından dəyib. Devyatov çoxsaylı xəsarət alıb və hazırda reanimasiyadadır.
Volqoqradda Cəzaçəkmə Müəssisəsinin əməkdaşlarını qətlə yetirən məhbuslar Rusiya Federasiyasında qadağan olunmuş İŞİD üzvləri olduğu bildirilir.
QAZİLER.AZ