Latviya Ukraynaya böyük dron partiyası göndərir

Latviya Ukraynaya  böyük dron partiyası göndərir backend

Latviya öz istehsalçılarından dronların ən böyük partiyasını - 1400 pilotsuz təyyarəni Ukraynaya göndərməyə hazırlaşır.

Qaziler.az bildirir ki, bu barədə Latviyanın müdafiə naziri Andris Spruds öz “Twitter”dəki səhifəsində bildirib.

“Bununla Müdafiə Nazirliyi tərəfindən Ukrayna üçün Latviya sənayesinin 2700-dən çox pilotsuz uçan aparatının alınması başa çatır”, - nazir qeyd edib.

Ümumilikdə, Beynəlxalq Dron Koalisiyası çərçivəsində Latviya artıq Ukraynaya 3 min müxtəlif tipli döyüş pilotsuz uçan aparatı təhvil verib.

Spruds vurğulayıb ki, Latviya qələbəyə qədər Ukraynanı dəstəkləməyə davam edəcək.

QAZİLER.AZ

Diaspora