Türkiyənin 17 vilayətdə "Gürz-9" əməliyyatı: 65 nəfər tutuldu - VİDEO

Türkiyənin 17 vilayətdə  "Gürz-9" əməliyyatı: 65 nəfər tutuldu - VİDEO backend

Türkiyənin 17 vilayətində İŞİD terror təşkilatına qarşı son 5 gündür davam edən "Gürz-9" əməliyyatlarında 65 şübhəli ələ keçirilib.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya əməliyyatın təfərrüatlarını sosial media hesabında paylaşıb.

İstanbul, Ankara, Malatya və Sivas da daxil olmaqla 17 vilayətdə əməliyyatlar Təhlükəsizlik Baş İdarəsinin koordinasiyası ilə həyata keçirilib.

Nazir Yerlikaya əməliyyatlar zamanı 65 şübhəlinin tutulduğunu açıqlayıb. O, terrorla mübarizəinin qətiyyətlə davam etdiriləcəyini vurğulayıb.

Yerlikaya: "Sevgili millətimizin bilməsini istəyirəm ki, son terrorçu zərərsizləşdirilənə qədər sizin dualarınız və dəstəyinizlə çəkinmədən mübarizə aparacağıq", - deyb.

QAZİLER.AZ

Diaspora