Rusiya qoşunları Zelenskinin Sumıdakı bunkerinə raket zərbəsi endirib

Rusiya qoşunları Zelenskinin Sumıdakı bunkerinə raket zərbəsi endirib backend

Rusiya hərbçiləri Ukrayna prezidenti Vladimir Zelenskinin bir qədər əvvəl respublika Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski ilə görüşdüyü Sumıdakı bunkerə raket zərbəsi endirib.

Qaziler.az bildirir ki, bu barədə “Voennoe delo” Telegram kanalı məlumat yayıb.

Hücumun strateji obyektin yerləşdiyi “Sumximprom” zavodunun ərazisində həyata keçirildiyi qeyd edilir. Zərbə zamanı Ukrayna liderinin və ya komandanın orada olub-olmadığı dəqiqləşdirilmir.

Vladimir Zelenski Kurskla həmsərhəd olan Sumı vilayətinin sərhəd bölgəsinə səfər edib və avqustun 22-də Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı ilə mövcud vəziyyətlə bağlı görüş keçirib. 

QAZİLER.AZ

Diaspora