Ukrayna aviasiyası bu gün, avqustun 22-də Kursk vilayətində Rusiya dayaq məntəqəsinə (taqım) hücum edib. Bu məqsədlə yüksək dəqiqliyə malik Amerika GBU-39 bombalarından istifadə edilib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçukun Teleqramına istinadən məlumat yayıb.
Oleşuk müvafiq videonu paylaşaraq yazıb: "Hərbi Hava Qüvvələrinin Kursk bölgəsindəki taqım məntəqəsinə yüksək dəqiqlikli Amerika GBU-39 bombaları ilə hava hücumu belə görünür".
QAZİLER.AZ
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
