Kursk vilayətində bəzi məktəblər distant təhsilə keçəcək

Kursk vilayətində bəzi məktəblər distant təhsilə keçəcək backend

Rusiyanın Kursk vilayətinin sərhədyanı rayonları, Kursk, Kurçatov və Lqovun məktəbləri distant təhsil formatına keçəcək.

Qaziler.az bildirir ki, bu barədə Rusiya vilayətinin başçısı vəzifəsini icra edən Aleksey Smirnov özünün Telegram kanalında məlumat verib.

“Söhbət Belovski, Bolşesoldatski, Qluşkovski, Korenevski, Lqovski, Rılski, Sudjanski, Xomutovski rayonlarından gedir”, - deyə rəsmi şəxs yazıb.

Onun sözlərinə görə, Dmitrovski, Konışevski, Kurçatovski, Medvenski, Oboyanski, Oktyabrski və Kurski rayonlarında tam distant format təşkil olunacaq.

QAZİLER.AZ

Diaspora