Ukrayna Silahlı Qüvvələrinin “Qafqaz” limanında yanacaq çənləri olan dəmir yolu bərəsinə hücumundan sonra batmış 17 nəfər sudan xilas edilib. İki ekipaj üzvünün taleyi isə hələ ki, məlum deyil.
Apa xəbər verir ki, bu barədə Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev öz “Telegram” kanalında bildirib.
“Hazırda 17 ekipaj üzvü xilas edilib, qalanların xilas edilməsi üçün əməliyyatlar davam etdirilir. İki nəfərin də tapılmasına ehtiyac var. Axtarış-xilasetmə əməliyyatlarının aparılmasında göstərdikləri operativliyə görə təcili yardım xidmətinə təşəkkür edirəm”, - deyə o bildirib.
***
21:44
Krasnodar vilayətinin qubernatoru “Qafkaz” limanında batmış bərənin dənizə çıxmış dörd ekipaj üzvünün xilas edildiyini bildirib.
Apa Rusiya mətbuatına istinadən xəbər verir ki, o, komandanın geri qalan üzvlərinin də tapılması üçün işlər görüldüyünü açıqlayıb.
***
20:33
“Qafkaz” limanında hücuma məruz qalan gəminin 15 ekipaj üzvünün taleyi məlum deyil.
Apa Rusiya mətbuatına istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin “Neptun” raketi ilə zərbə endirməsindən sonra yanacaq çənləri olan “Korno Treyder” bərəsində olan 15 nəfər yoxa çıxıb.
Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində zədələnən gəmi “Qavkaz” limanının sularında batıb. Bu barədə Krasnodar vilayətinin operativ qərargahı məlumat yayıb.
Onlar əlavə ediblər ki, limanın özündə yanğın yoxdur.
***
19:58
Ukraynanın Rusiyanın Krasnodar diyarında yerləşən "Qafqaz" limanını raketlə vurması nəticəsində baş verən yanğına üçüncü dərəcə verilib.
Apa-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Kuban əməliyyat qərargahından bildirilib.
Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinin raket hücumu zamanı zədələnən gəmidə 30 yanacaq çəni olub. Hazırda alovun söndürülməsinə 100-dən çox adam cəlb olunub.
Fövqəladə hallar xidmətindən verilən məlumata görə, həmin vaxt bərədə ola biləcək 5 nəfərin taleyi aydınlaşdırılır.
O da bildirilib ki, raketin düşdüyü gəmi-bərə “Qafqaz” limanının sularında batıb.
Limanın öz ərazisində yanğın mənbələrinin olmadığı açıqlanıb.
***
18:32
Ukrayna Krasnodar diyarının Temryuk rayonundakı “Qafqaz” limanına hücum edib.
Apa-nın Rusiya bürosu xəbər verir ki, bu barədə yerli teleqram kanalları məlumat yayıb.
Ukrayna raketinin "Conroe Trader" dəmiryol bərəsinə düşdüyü bildirilib. Onun göyərtəsində neft sisternlərinin olduğu da məlumatlar arasındadır.
Hücumun Odessa vilayəti ərazisindən törədildiyi bildirilirb.
Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.
İnsidentlə əlaqədar Krım körpüsündə nəqliyyatın hərəkəti müvəqqəti olaraq bağlanıb.