İran Silahlı Qüvvələrinin Baş Qərargahı İranın “Fars” agentliyinin İslam Respublikasının prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının səbəbləri ilə bağlı nəşrini təkzib edib.
Qaziler.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Fars agentliyinin verdiyi məlumata görə, helikopterin qəzaya uğramasına səbəb amillərdən biri təhlükəsizlik protokollarına zidd olaraq göyərtədə daha iki sərnişinin olması olub. Bu səbəbdən helikopterin lazımi hündürlüyü əldə etmək üçün kifayət qədər gücü olmayıb”, - deyə Baş Qərargahın kommunikasiyalar idarəsi ictimaiyyətə açıqlamasında bildirib.
Qeyd edək ki, avqustun 21-də “Fars” agentliyi İranın xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən xəbər verib ki, İran Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı araşdırmanı başa çatdırıb və hadisə qəza kimi tanınıb.
QAZİLER.AZ