Gürcüstan hakimiyyəti yalan danışmaqda ittiham olunur

Gürcüstan hakimiyyəti yalan danışmaqda ittiham olunur backend

Müxalifətdəki Girçi partiyasının nümayəndəsi Sandro Rakviaşvili deyir ki, hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyası çətin ki, verdiyi vədi yerinə yetirə və parlament seçkilərindən sonra eks-prezident Mixail Saakaşvilinin yaratdığı Vahid Milli Hərəkatı konstitusiyaya zidd elan edə bilsin.

Qaziler.az bu barədə “Sputnik Gürcüstan”a istinadla xəbər verir. Onun sözlərinə görə, hakimiyyət sadəcə olaraq gürcüləri seçkilərə cəlb etmək üçün süni səbəb yaratmağa çalışır.

“Milli Hərəkatın təqib olunmasının şərti seçki blefi və yalandır. Əgər “Gürcü Arzusu” nəyisə araşdırmaq istəyirdisə, 12 il ərzində [hakimiyyətdə] bunu etmək imkanı var idi”, - Rakviaşvili izah edib.

QAZİLER.AZ

Diaspora